Çempionlar Liqasında “Sevilya” doğma arenda “Zaltsburq”u qəbul edib. Oyunun ilk hissəsində belaruslu hakim Aleksey Kulbakov 4 dəfə 11 metrlik nöqtəni göstərib. 13-cü dəqiqədə “Zaltburq”un üzvü Kərim Adeyemi fürsətdən yararlana bilməyib. Az sonra qonaqlar 2-ci dəfə penalti vurmaq hüququ əldə ediblər. Bu dəfə topa yaxınlaşan Luka Suçiç onu qapıdan keçirib. 36-cı dəqiqədə 3-cü dəfə “Sevilya”nın qapısına penalti təyin edilib. Bu dəfə isə 19 yaşlı xorvatiyalı futbolçu bundan yararlana bilməyib. Fasilə ərəfəsində isə meydan sahibləri penalti vurmaq hüquq əldə ediblər. İvan Rakitiç qapını dəqiq nişan almaqla tarazlığı bərpa edib - 1:1. Fasilədən sonra tərəflərin səylərinə baxmayraq oyun elə bu hesabla yekunlaşıb. Qeyd edək ki, 2-ci hissədə “Sevilya”nın heyətində Yussef en Nesiri qirmızı vərəqə ilə cəzalandırılıb.

Qrupun digər görüşündə “Lill” Fransada “Volfsburq”u qəbul edib. Oyunda əsas hadisələr fasilədən sonraya təsadüf edib. 2-ci hissənin əvvəlində “Lill”in heyıtində Conatan Devid topu qapıdan keçirsə də, bu epiozodda ofsayd qeydə alınıb. 63-cü dəqiqədə almaniya klubu meydanda azlıqda qalıb. Entoni Bruks qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən meydan sahibləri təzyiqi artırsalar da, bu heç nəyi dəyişməyib. Qeyd edək ki, oyunun son saniyələrində “Lill” futbolçulari penalti tələb ediblər. Amma bu epiozdda görüşün baş hakimi Denni Makkeli VAR sayəsində penalti olmadığı qənaətinə gəlib. Beləliklə görüş qolsuz sülhlə yekunlaşıb.